Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ikinci dəfə qız atası olub.
Bizim.Media xəbər verir ki, bu haqda şahmatçı sosial şəbəkə hesabında məlumat yayıb.
Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evli olan T.Rəcəbov qızı Nikanın fotosunu paylaşıb.
O, həyat yoldaşı Anna və qızı Nika ilə yayımladığı fotoya igilis dilində, "Xoş gəldin dünyaya, körpə Nika" şərhini yazıb.
Qeyd edək ki, cütlük bu ilin yanvarında ailə həyatı qurub.
T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə evlənsə də, bir müddət sonra onlar boşanmışdı. Şahmatçının bu evlilikdən Məryəm adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media