İstanbulun "Qalatasaray" klubu"Qarabağ"ın müdafiəçisi Toral Bayramovu transfer edə bilər.
Bizim.Media DHA-ya istinadən xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk millimizin də üzvü olan müdafiəçinin heyətə qatılmasında israrlıdır.
O, 21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışını bəyəndiyini, T.Bayramovun meneceri ilə danışıqlar apardığını bildirilib.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə bildirib ki, kluba hər hansı futbolçuları ilə bağlı rəsmi təklif olunmayıb.
Bizim.Media