Elə Müslüm Maqomayevdən BAŞLAYAQ – Bizim.Media-dan daha bir TƏKLİF

Dünən tanınmış azərbaycanlı sənətkar Müslüm Maqomayevin 80 illik yubileyi qeyd edildi. Dənizkənarı parkda onun heykəlinin də açılışı oldu. 

Heykəli helkəltaraş Ömər Eldarov hazırlayıb. Ömər Eldarov indiyə qədər Üzeyir Hacıbəyovun, Heydər Əliyevin, Natəvanın, Hüseyn Cavidin, Ərəblinskinin, Səttar Bəhlulzadənin, Fikrət Əmirovun möhtəşəm heykəllərini yaradıb.

Rəşid Behbudovun, Arif Məlikovun və sair tanınmış şəxslərin heykəllərinin üstündə də Ömər Eldarov imzası var.  

Son illər yaratdığı əsərlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmıır. Təbiidir, zövqlər müxtəlifdir. Bəzən də sənət haqqıında o sənətdən uzaq olan adamların fikir söyləməsi var. Məsələn, onun Lütfi Zadəyə 2018-ci ildə ucaltdığı heykəl çox tənqid olundu. Əslində isə oxuya bilən üçün möhtəşəm əsərdir. 

Müslüm Maomayevin heykəli barədə söylənən fikirlər arasında “çox yerdəndir”, “Müslümə yaraşmır”, “niyə hündür deyil” kimi ifadələr var. Ziyalıların da fikirləri haçalanır. 

Qulu Məhərrəmli: “Açığı heykəl xoşuma gəldi. Əvvəla Müslüm Maqomayevin heykəlinin qoyulması faktı özü çox önəmlidir, çünki incəsənətimizə çox xidmət etmiş insandır. Heykəl ümumən yaxşıdır. Hər heykəl ilk baxışda belə aydın təəssürat yaratmır. Rəşid Behbudovun, Zeynalabdin Tağıyevin də heykəlləri qoyulanda mənfi rəy çox oldu, zaman keçir, insanlar alışır. Sadəcə olaraq, mən bu heykələ heç olmasa, yarım metr pyedestalı olmasını istərdim. Elə Zeynalabdin Tağıyevin də heykəlini bir az yerdən qaldırmaq mənasında pyedestalın olmasını istərdim. Heykəltəraşın da öz baxışı var, bunu nəzərə almaq lazımdır. Mən bəyəndim”. 

Qəribə bir düşüncəmiz var-sənətkara bizim kimi düşünmədiyini irad tuturuq. O belə görür, belə yaradır. Sən də öz sahəndə yarat. 

Rəşad Məcidin fikrincə, bizim nəsil heykəlin pyedestal üstündə olmağına öyrəşmişik: “Ona gərə də Tağıyevin heykəli də qəribə gəlmişdi. Amma yeni düşüncə və zövq yəqin belə tələb edir; daha səmimi, daha yaxın və əlçatan. Məncə, Maqomayevin  xarakterinin detalları, obrazı heykəldə əksini tapıb. Müəllif təxəyyülünü bu cür əks etdirib. Uzun pencək də məncə Müslümə xarakterikdir. Bir də əlini açması, barmaqlarını aralaması Günəşi ovcunda tutması anlamına gəlir”.

Haqlıdır, eyni sözlər Hacı Zeynalabdinin abidəsi barədə də deyilirdi. Onun da heykəlinin bərabərimizdə qoyulduğunu bəziləri qəbul etmirdi. 

Bunu bizə Sovet dövründə pyedestalı özündən böyük olan heykəllər aşılayıb. Biz belə öyrənmişik, gözümüz elə heykəllərə alışıb ki, baxanda papağımız düşsün. 

Zeynalabdin Tağıyev xalq adamı idi, xalqa yuxarıdan aşağı baxmayıb - deyə əsaslandıranlar da oldu. Onun heykəlinin çiyinləri bizim çiyinlərimiz bərabərində olması bu günün estetikası olmaqla yanaşı, həm də Sovet pafosundan, sentimentallığından uzaqlaşmaq istəyindən irəli gəlir. Həmçinin, Müslüm Maqomayevin heykəli. 

Açılışda prezident bir kəlmə işlətdi ki, hamı parkda Müslümü görüb, salam, Müslüm-deyəcək. Bu kəlmədə böyük həqiqətlə yanaşı həm də səmimiyyət var. 

Hollivud ulduzlarınıın adları ayaqlar altına həkk olunub. Dünyanın hər yerindən onları ziyarətə gəlmirlər, sadəcə həmin yerdən keçirlər və görürlər, yada salırlar, tanıyırlar. Müslüm Maqomayevi bütün dünya tanıyır. Niyə bir ingilis turist Bakı bulvarında Müslümün heykəlini görüb onun azərbaycanlı olduğunu yaddaşına həkk etməsin... Niyə gələcək nəsil hər dəfə onunla rastlaşanda belə bir sənətkarımız olduğunu görüb bir daha “təkrarlamasın”...
 

Bu gün neçə gənc Fəxri Xiyabandan yolunu salıb ordakı məzarları ziyarət edir? Kim o xiyabanda yatanların hamısını tanıyır. İnsanları qınamaq olmaz, onları sadcə çətinə salmaq lazım deyil. Qoy, elə gəzdiyimiz, oturub-durub istirahət etdiyimiz parklarda, bulvarlarda bizm boyumuz bərabərində Müslümlərin, Səttarların, Vahidlərin, Rəşidlərin xudmani heykəlləri olsun.


Qoy, bu heykəllər sahil boyu sıralansın və biz də hər gün görək, xatırlayaq, qucaqlayaq, üzbəüz oturaq, düşünək, fəxr edək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

Çörək almağa gedən gənc qız itkin düşdü

Çörək almağa gedən gənc qız itkin düşdü

Bu gözəl xanımı artıq heç kəs görüşə çağırmır – FOTO

Bu gözəl xanımı artıq heç kəs görüşə çağırmır – FOTO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

1/16 finalın bugünkü oyunlarının təqvimi -DÇ-2026

1/16 finalın bugünkü oyunlarının təqvimi -DÇ-2026

Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

Paraqvay xalqı kef edir– Video

Paraqvay xalqı kef edir– Video

Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA

Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Neft hazırda hansı qiymətə satılır?

Neft hazırda hansı qiymətə satılır?

Elşad Qarayevin vəsiyyəti - Video

Elşad Qarayevin vəsiyyəti - Video

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO