Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

Altı zolaqdan gələn avtomobillər burada bir zolağa sığmağa çalışır. Söhbət Suraxanı rayonunda, sürücülər arasında "Şirin dairəsi" kimi tanınan ərazidən gedir. 

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, burada Qaraçuxur qəsəbəsi istiqamətindəki İlqar Musayev küçəsi ilə Günəşli qəsəbəsi istiqamətindəki Surxay Noçuyev küçəsi birləşir. 

Qaraçuxurdan gələn yol bir istiqamət üzrə 4 zolaq, Günəşlidən gələn yol isə 2 zolaqdan ibarətdir.

Hər iki istiqamətdən gələn avtomobillərin böyük hissəsi Babək prospektinə çıxmaq istəyir. Lakin, dairədən sonra sürücülər cəmi bir zolaqdan ibarət olan Şahmar Səfərov küçəsinə yönəlməli olurlar.

Sürücülər deyirlər ki, ərazidə tıxac əvvəllər də müşahidə olunurdu. Amma yeni xətlənmədən sonra vəziyyət daha da ağırlaşıb. Xüsusilə səhər və axşam pik saatlarında avtomobillər dairəyə daxil olmaqda, daha sonra isə Babək prospekti istiqamətinə çıxmaqda çətinlik çəkir. Sürücülərin sözlərinə görə, əsas problem müxtəlif istiqamətlərdən gələn maşınların eyni anda dar hissəyə daxil olmasıdır. Bu zaman sürücülər bir-birinə yol verməyə məcbur qalır, hərəkət ləngiyir və dairədə sıxlıq yaranır.

Sürücülər hesab edirlər ki, burada yol hərəkətinin təşkili yenidən nəzərdən keçirilməlidir.

Bəziləri işıqfor quraşdırılmasını, bəziləri isə Qaraçuxurdan gələn avtomobillər üçün alternativ çıxış yaradılmasını təklif edirlər.

Onların əsas istəyi odur ki, ərazidə nəqliyyat axını real vəziyyətə uyğun tənzimlənsin. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, İlqar Musayev küçəsində qurum tərəfindən nişanlanma xətləri bərpa olunub. Sözügedən yolda hər hansı yenilik edilməyib.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO