Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

İndoneziyanın populyar istirahət mərkəzi olan Bali adasında turistin başına maraqlı və gülməli hadisə gəlib. "Daily Mail" qəzetinin yaydığı məlumata görə, instinktlərinə hakim ola bilməyən dəcəl meymun britaniyalı turistin əlindən telefonu qaparaq meşəyə qaçıb və orada özünə çılğın "fotosessiya" təşkil edib.

Bizim.Media xəbər verir ki, hadisə iyunun 15-də Balinin məşhur Uluvatu məbədində baş verib.

Böyük Britaniyanın Telford şəhərindən olan 19 yaşlı maliyyə stajoru Oliver Lloyd sevgilisi ilə məbədi ziyarət edərkən uzunquyruq makakalardan biri gözlənilmədən onun smartfonunu əlindən qoparıb. Heyvan saniyələr içində meşənin dərinliklərində gözdən itib. Ətrafda yüzlərlə bənzər meymunun olması Oliver və sevgilisinin işini çətinləşdirsə də, məbəd mühafizəçiləri dərhal axtarışa cəlb olunublar.
 

Təxminən bir saat davam edən axtarışlardan sonra cütlük qızın telefonundakı "Life360" izləmə proqramı vasitəsilə smartfonun dəqiq yerini müəyyən edə bilib. Məbəd nəzarətçilərindən biri quyruqlu oğrunu izləyərək cihazı sağ-salamat sahibinə qaytarıb.


Oliver telefonunu yoxlayarkən gördüyü mənzərə qarşısında donub qalıb. Məlum olub ki, makaka meşədə keçirdiyi vaxtı boşa verməyib; o, qoruyucu şüşəsi cızılmış smartfonun yaddaşını özünün iri plan selfiləri və çəkdiyi uzun bir video ilə doldurub.

Zərərçəkmiş turist hadisə anını belə xatırlayır:

"Dostlarıma göndərmək üçün meymunların şəklini çəkirdim. Telefon olan əlimi cəmi bir saniyəlik cibimə doğru endirdim və sevgilimin qışqırdığını eşitdim. Elə həmin an makaka telefonu əlimdən qapdı. Axtarış getdiyi müddətdə sevgilim zarafatla “təsəvvür et, meymun orada selfi çəkib” dedi. Qalereyaya baxanda gözlərimə inanmadım, sözün əsl mənasında selfilər və video var idi. Hətta öz döşlərini belə lentə almağı bacarıb! Bu, sadəcə möhtəşəmdir".

Hərçənd telefonun qoruyucu şüşəsi bu meşə macərasından sonra ciddi zədələnib, lakin Oliverin sözlərinə görə, bu "peşəkar" tüklü fotoqrafın çəkdiyi unikal kadrlar yaşanan bütün həyəcanı tamamilə əvəz edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhərətrafı marşrutlarının daha kiçik avtobuslarla əvəzlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəhərətrafı marşrutlarının daha kiçik avtobuslarla əvəzlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubadakı qəzada xəsarət alanların SON DURUMU

Qubadakı qəzada xəsarət alanların SON DURUMU

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

29 il əvvəl sevgilərinin başladığı yerə getdilər -Fotolar

29 il əvvəl sevgilərinin başladığı yerə getdilər -Fotolar

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya EDİLDİ

"Qarabağ"ın heyətində CİDDİ İTKİ – FOTO

"Qarabağ"ın heyətində CİDDİ İTKİ – FOTO

DİM sədri ixtisas seçimi ilə bağlı tövsiyələr verib

DİM sədri ixtisas seçimi ilə bağlı tövsiyələr verib

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR – BU TARİXDƏN

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR – BU TARİXDƏN

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Sentyabrda ilk qar? – Azərbaycanda soyuq payız həyəcanı

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Onların arxiv fotosunu paylaşdı

Onların arxiv fotosunu paylaşdı

Fariz Əzizov yüksək vəzifəyə TƏYİN OLUNDU

Fariz Əzizov yüksək vəzifəyə TƏYİN OLUNDU

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Avqustun ikinci yarısı bu bürclərin şansı gətirəcək - QOROSKOP

Avqustun ikinci yarısı bu bürclərin şansı gətirəcək - QOROSKOP

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Soyuducunuzda varsa, ölüm saçır

Soyuducunuzda varsa, ölüm saçır

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

End of content

No more pages to load

RADİO