Azərbaycan Şahmat Olimpiadasında niyə medal qazana bilmir? – Çoxillik ənənəni öldürən SƏBƏB

Bitdi. Kişi və qadınlar arasında 44-cü Şahmat Olimpiadası da tarixin yaddaşına köçdü. Uzun illərdi dünyanın ən öndə gedən ölkələri sırasında dayanan kişilərdən ibarət yığmamız bu dəfə də stabillik nümayiş etdirdi: Şəhriyar Məmmədyarovun 1-ci lövhədə yer aldığı komanda bu dəfə də Vətənə əli ətəyindən uzun qayıtdı. Elə qızlarımız da komanda yarışında Hindistanı əliboş tərk etdi. 

Əgər qızlarımızdan ilk üçlüyə düşmək tələb olunmurdusa, kişi şahmatçılarımız bu dəfə də əla şans yaxalamışdı.

Axı, yarışa Rusiya buraxılmamış, Çin isə iştirakdan imtina etmişdi. İki nəhəngin yoxluğunda biz nəinki medala, hətta çempionluq üçün iddialı olmalı idik. Kimsə də Teymur Rəcəbovun millidə çıxış etməkdən imtinasını (bəli-bəli, Rəcəbov məhz imtina edib! Azərbaycan Şahmat Federasiyası yalandan COVİD xəstəliyini bəhanə etməsini xahiş etsə də, əslində Rəcəbov karyerasını bitirmək niyyətindədir) əlində bayraq etməsin! Niyəsini bir qədər sonra biləcəksiniz.

Turnirin startından liderliyə yiyələnən Ermənistan yalnız sonlara yaxın tükəndi. Ancaq buna baxmayaraq, bədnam qonşularımız gümüş medal əldə etdi. Ermənilər turnir ərzində 9 qələbə qazandı, bir dəfə heç-heçə etdi və yalnız bir dəfə məğlub oldu. Həmin 9 qələbə arasında Azərbaycan da oldu. Və ən maraqlısı budur ki, üçqat Olimpiya çempionları bu uğura komandanın lideri Levon Aronyansız imza atdılar. Həmin Aronyan ABŞ-ı təmsil etdi və yekunda turnirin reytinq favoriti ilə medalçılar sırasına belə düşə bilmədi. Göründüyü kimi, Azərbaycan Şahmat Federasiyasının “Rəcəbov yox idi” demək haqqı da yoxdu.

Çünki ermənilər əsas Top oyunçusu olmadan gümüş alırsa, deməli, problemi daha dərində axtarmaq lazımdı.

Bunun üçün çempion ölkənin üzvlərinə boylanmaq gərəkdi. Özbəkistan! Kişilər, Özbəkistan Olimpiya çempionu oldu! Mən bu cümləylə özbəkləri aşağılamaq məqsədi güdmürəm. Səbəb tam fərqlidir. Olimpiadanın ən gənc heyətini gətirən qardaş xalqın nümayəndələri, əsas rəqibləri - Ermənistanı da əzərək tarixi uğura imza atdılar. Özbəkistan yığmasının orta yaş həddi 20,4-dü. Nə deyəsən? Əksəriyyət sussa da, biz deyəcəyik. Uzun illərdi ki, yığma komanda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynovun çiyinlərindədi.

Azərbaycan Şahmat Federasiyası (AŞF) əla seçim aparır. Nə veclərinə, reytinqə uyğun heyət formalaşır, bunlar da lal axan çay kimi davranırlar. Elə bunun nəticəsidir ki, hətta “hec kim yerini güzəştə getmək istəmir” deyənlər də tapılır. Stop! Necə yəni? Milli komanda anarxiya mərkəzidir? Axı, kimin həddidir ki, desin “mənim millidə yerim var”? Bilirsiniz, niyə belə olur?

Çünki AŞF nəticələrə görə məsuliyyət daşımaq istəmir. Halbuki kiçicik nəticə olsaydı, Federasiya prezidenti Mahir Məmmədov başda olmaqla AŞF-nin bütün əməkdaşları bülbül kimi cəh-cəh vuracaqdılar.

İndi isə məsuliyyət tamamilə atılıb şahmatçıların boynuna. Niyə? Nəyə görə elə həmin Məmmədov hesabat vermir ki, millimizin indiyədək medalsız qalmasının səbəbkarı məhz özüdü? Məgər Federasiya şəxsi mülkdü? Əvvəl-axır şahmat da müvafiq instansiyaların yadına düşəcək. Onda heç kəs yaxasını kənara çəkə bilməyəcək. Millimizə yeni nəfəs lazımdı. Necə ki özbəklər təcrübəli şahmatçılardan imtina etdi və döyüşə gənclərlə getdi.
 

Əlbəttə, Özbəkistan Şahmat Federasiyası (ÖŞF) komandadan qızıl gözləmirdi. Ancaq mümkün fiasko belə, onları gizlənməyə vadar etməyəcəkdi. Əksinə, dəqiq əminəm ki, məhz ÖŞF rəhbərliyi gənc komandasına sahib çıxacaqdı. Bizimkilər isə...


Aydın Süleymanlı, Məhəmməd Muradlı, Xəzər Babazadə və neçə-neçə istedadlı şahmatçısı olan ölkənin Federasiyası sanki bu uşaqların tükənməsini gözləyir. Halbuki onların inkişaf etməsi üçün yetərincə vəsait ayrılsa, 2-3 ildən sonra 2700+ reytinq sahibi olarlar. 

Günahkarlar siyahısında Təhsil Nazirliyi də öndərləndəndi. Ölkədə fəaliyyət göstərən şahmat məktəbləri məhz bu Nazirliyin ştatındadı.

Hələ uzun illər öncə Federasiyanın hazırkı prezidentinə (həmin vaxt vitse-prezident olsa da, əsas söz sahibi idi) şahmat məktəblərindəki biabırçılıq barədə məlumat vermişdim. Məsələ burasındadır ki, şahmatdan anlayışı olmayan insanlar məşqçi kimi fəaliyyət göstərir. Hələ maaş cədvəli barədə iddia etməsək ki, böyük ehtimalla “ölü canlar” da saxlanılır. Ölçü götürüləcəyinə dair söz versə də, heç nə etmədi.

Doğrudu, AŞF bu məsələyə rəsmi müdaxilə edə bilməz. Ancaq ən azından Təhsil Nazirliyi ilə danışmaq olar ki, müvafiq ölçü götürsün. Görünür, hələ bir qənaətə gələ bilmirlər. 

Məmləkətimizdə neçə-neçə parlaq gələcək vəd edən şahmatçı məhz səriştəsiz məşqçilərin əlinə düşməklə məhv edilir. Valideyn nə bilsin ki, övladı fitri istedad sahibidir? Bunu məşqçi müəyyənləşdirməlidir.

Ancaq müəllim özü qədim hind müdafiəsi ilə Reti açılışı arasındakı fərqi bilmirsə, uşaq barədə hansı müfəssəl fikir yürüdə bilər?

Bax, bütün bu zəncirvari proseslər yekunda milli komandamızın on illərlə eyni insanlara möhtac qalmasını şərtləndirir. Axı, yeniyetmə istedadların inkişafı üçün yaxşı məşqçilər cəlb edilməli, təlim-məşq toplanışları kecirilməli, ölkə xaricində çoxsaylı turnirlərdə iştirakları təmin edilməlidir. Kim tərəfindən atılmalıdı bu addımlar? Əlbəttə ki, Federasiya tərəfindən. Atılırmı? Xeyr! Artıq xərcə niyə düşsünlər e? Çiçək kimi yolavermə ilə məşğul olurlar da.
 

Bax, bu cür məngənədədi Azərbaycan şahmatı. Bir tərəfdən səriştəsiz və şahmatın inkişafını əngəlləyən federasiya rəhbərliyi, digər tərəfdən isə qeyri-peşəkar məşqçiləri şahmat məktəblərinə doldurmuş nazirlik.


Nə qədər ki, bu cür arxaik idarəetmə davam edəcək, dünyanın ən potensiallı ölkələrindən biri olan Azərbaycan Qafqazın Olimpiadada medal qazanmayan yeganə diyar statusunu üzərindən ata bilməyəcək.

Ceyhun Əliyev, Xüsusi olaraq Bizim.Media üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Macarıstanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar – Fotolar

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Fransa azarkeşləri ŞOKDA: Mbappe zədədən tam sağalmayıb

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Ukraynalı əsgərləri xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Ukraynalı əsgərləri xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Qalmaqallı videoçarx silindi

Qalmaqallı videoçarx silindi

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

End of content

No more pages to load

RADİO