Şəhid atası: “Oğlumun övladlarını Şuşaya aparacam” – FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlarımızdan də biri kapitan Ağayev Elçin Zakir oğludur.

Bizim.Media xəbər verir ki, Ağayev Elçin Zakir oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da digər qəhrəmanlar kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərə qatılıb.

Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-sı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin atası Zakir Ağayev oğlunun vətənpərvər olduğunu deyib:

“Oğlumla fəxr edirəm ki, uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, vətənpərvər oğul idi. Həmişə Vətənlə fəxr edirdi. Bu yolu öz seçdi. Qarabağımızı işğaldan azad etdikləri günü səbrsizlikə gözləyirdi. Şuşa şəhərini işğaldan azad etmək, Şuşa uğrunda döyüşmək və oranı görmək Elçinin ən böyük arzularından biri idi. Amma o, Şuşanı görə bilməsə də arzusunu övladlarının timsalında gerçəkləşdirəcəm. Övladlarını Şuşaya aparacam”.

Şəhidin həyat yoldaşı Kəmalə Ağayeva da onunla bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Elçinin həmişə düşmənə qarşı nifrəti vardı:

"O, düşmənə qarşı qəzəb hissi ilə yaşayırdı. Məhz bu qəzəb onu daha da gücləndirmişdi. Biz onunla fəxr edirik. Müqəddəs Qarabağımız məhz Elçin kimi qəhrəmanların canı və qanı bahasına düşməndən azad olundu".

Şəhid kapitan Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun 2 övladı yadigar qalıb. Şəhidimizin dünyaya gələcək üçüncü övladına Şuşa adı veriləcək.

Ailəsi körpənin daşıyacağı bu adı Elçinin həsrətində olduğu Şuşa şəhəri ilə əlaqədar olduğunu vurğulayıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:1 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:1 mayda baş vermiş tarixi hadisələr

“Qarabağ”la oyun suyumuzu çıxardı...

“Qarabağ”la oyun suyumuzu çıxardı...

İsrailin Livana hücumları davam edir: Ölənlər var

İsrailin Livana hücumları davam edir: Ölənlər var

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

End of content

No more pages to load

RADİO