Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, C. Bayramov bu barədə "Twitter" hesabında paylaşım edib:
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan XİN: "Azərbaycan səfirliyinə hücumu PİSLƏYİRİK"
“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, - Ceyhun Bayramov qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.
Bizim.Media
