İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələr arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha yaxın əlaqələrin qurulmasının zəruriliyini qeyd edərək, Azərbaycanla Ruandanın BMT və Qoşulmama Hərəkatında əməkdaşlığına toxunub.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına verdiyi dəstəyə və Ruandanın ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu istiqamətdə səylərinin əsas məqsədi vaksinlərin ədalətli bölüşdürülməsi və vaksin millətçiliyinə qarşı mübarizə olub.

İkitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edən dövlət başçısı bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Səfir Fidelis Ntampaka Mironko Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlət başçısına çatdırıb, onun Azərbaycana səfərini ehtiramla xatırlayıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Ruanda Prezidentinə çatdırmağı xahiş edib.

Səfir ölkələr arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın müvafiq strukturları ilə bundan sonra da fəal təmasların qurulacağına əminliyini bildirib.
 


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir Mariela del Karmen Sagel Rosas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib. 

Prezident İlham Əliyev ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatında yaxşı əməkdaşlığın həyata keçirildiyini bildirib.   
Azərbaycanın bu təşkilata sədrlik müddətinin uzadılmasının, o cümlədən COVID-19 ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslərin Panama tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində səylər göstərdiyini bildirərək, bununla bağlı artıq iki mühüm tədbirin - Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin çox uğurla keçirildiyini vurğulayıb.

İ.Əliyev bunun Hərəkatın fəaliyyətinə yeni dinamika verdiyini deyib, bu baxımdan təşkilata üzv dövlətlərin dəstəyinin rolunu qeyd edib. Prezident Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması barədə üzv dövlətlər tərəfindən yekdil qərarın qəbul edilməsini ölkəmizə göstərilən böyük dəstəyin və hörmətin ifadəsi kimi dəyərləndirib.

İkitərəfli münasibətlərə toxunan dövlət başçısı iqtisadi sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin və biznes dairələri arasında informasiya qıtlığının aradan qaldırılmasının zəruriliyini bildirib, yeni təyin olunan səfirin iki ölkənin əlaqələrinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən xanım Mariela del Karmen Sagel Rosas qeyd edib ki, Panama ərazisinin kiçik olmasına baxmayaraq, böyük iqtisadi-ticari imkanlara malikdir. Xanım Mariela del Karmen Sagel Rosas bu baxımdan ölkəsinin beynəlxalq hab olması imkanlarından istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.  

Səfir eyni zamanda, ölkələr arasında ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrimizin genişlənəcəyinə ümidvar olduğunu bildirib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

Bakıda dərmandan zəhərlənən 36 yaşlı kişi ölüb

Bakıda dərmandan zəhərlənən 36 yaşlı kişi ölüb

Qış Olimpiadasındasının medallarında problem yarandı - FOTO

Qış Olimpiadasındasının medallarında problem yarandı - FOTO

Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ - FOTO

Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ - FOTO

"Həmin xəbəri sildirmək üçün nə qədər yalvarsam da, xeyiri olmadı"

"Həmin xəbəri sildirmək üçün nə qədər yalvarsam da, xeyiri olmadı"

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb - FOTO

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb - FOTO

Siyəzəndə DƏHŞƏT – 20 yaşlı şəxs evində ÖLÜ tapıldı – ÖZƏL

Siyəzəndə DƏHŞƏT – 20 yaşlı şəxs evində ÖLÜ tapıldı – ÖZƏL

Avrasiya Nəqliyyat Marşrutuna maraq artır: Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu – FOTO

Avrasiya Nəqliyyat Marşrutuna maraq artır: Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu – FOTO

Kövsər Orucbəyli: “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - FOTO

Kövsər Orucbəyli: “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - FOTO

Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

End of content

No more pages to load

RADİO