Yoluxma əmsalının 5 faizə enməsi müəyəyn yumşalmalara getməyə imkan verir.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bir neçə mərhələdən ibarət yumşalma prosesinə gedilir:
“Nəticə etibarilə bu bizə müəyyən vaxt udmağa imkan verəcək. Bu vaxt ərzində vaksinasiyanı həyata keçirəcəyik. Vaksinasiyaya 18 yanvardan başlanılır. İlk mərhələdə tibb işçiləri peyvənd olunacaq”.
Bizim.Media