Ankara Vaşinqtonla danışıqlarda ABŞ-dan F-16 qırıcılarının alınması ilə bağlı heç bir şərti qəbul etmir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “TRT Haber” kanalı öz mənbələrinə istinadən yayıb.
Nəşr yazır ki, Türkiyə 40 döyüş təyyarəsi almağı və artıq xidmətdə olan 80-ni təkmilləşdirməyi planlaşdırır. Danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlığın da müzakirə olunacağı bildirilir.
Bizim.Media