Almaniyada pandemiya ilə əlaqədar karantin qaydalarını pozanlar üçün xüsusi həbsxana yaradılacaq.
Bizim.Media “Bild” qəzetinə istinadən xəbər verir ki, səlahiyyətli orqanlar bunun üçün 2017-ci ildə Drezdendə qaçqınlar üçün inşa edilmiş qəbul mərkəzini yenidən təchiz etmək istəyir.
Qəzetin yazdığına görə, hasarla əhatə olunmuş ərazi polis tərəfindən qorunacaq. Qurumda yerləşdirmə şərtləri hələ məlum deyil.
Son məlumatlara görə Almaniyada, 2.02 milyon nəfər koronavirusa yoluxub.
Alçina Amilqızı, Bizim.Media