“Taxıl daşınması sazişi” çərçivəsində qarğıdalı yüklü ilk gəmi Livana getmək üçün Ukraynanın Odessa limanından yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mediası yayıb.
Xatırladaq ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq.
Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.
Bizim.Media