Teleaparıcı Kseniya Sobçak Rusiya Prezidentinin davamlı inkişaf üzrə keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın həyat yoldaşı Avdotya Smirnova ilə söhbəti barədə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, o bildirib ki, ərinin qəfildən qolları və ayaqları keyiməyə başlayıb.
O, vəziyyəti stabil olanadək xəstəxanaya yerləşdirilib.
Çubaysın özü belə deyib: “Mən Qiyena-Barre sindromu diaqnozu ilə (hərəkət pozğunluğu) Avropa klinikalarından birinə yerləşdirildim. Vəziyyəti orta ağırdır”.
Bizim.Media