Çin hakimiyyəti ölkənin Liaoninq vilayətində son üç gündə güclü yağışlar və daşqınlar səbəbindən 70 minə yaxın insanı təxliyə edib.
Bizim.Media "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təxminən 80 min insan fəlakət zonasındadır.
Təbii fəlakətin vurduğu zərər 12,7 milyon yuan ( 1,9 milyon dollar) təşkil edib. 1,6 min hektardan çox əkin sahəsi zərər çəkib.
Bizim.Media