İraqın şimalında həyata keçirilən "Pençe-Kilit" əməliyyatı bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Terrora son qoymaq və millətimizi bu bəladan xilas etmək əzmindəyik. İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyatlarımız son terrorçu bitənə qədər davam edəcək", - deyə bildirilib.
Bizim.Media