Uruqvayda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"Xəstəlik paytaxt Montevideoda başqa ölkədən gəlmiş şəxsdə aşkar edilib. Onun vəziyyəti stabildir və təcrid olunub" - deyə məlumatda qeyd olunub.
Bu günədək meymunçiçəyi 80-ə yaxın ölkədə aşkar edilib, yoluxanların ümumi sayı 21 mini ötüb.
Bizim.Media