Səfir: ''Əfqanıstan Azərbaycanın haqq işini həmişə dəstəkləyib''

Yanvarın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, parlamentin sədri Amanullah Ceyhunun Əfqanıstanın Azərbaycanda təmsilçisi kimi ölkələrimiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyinə ümid etdiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.

Spiker Sahibə Qafarova bildirib ki, ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar siyasi münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Milli Məclisin sədri qeyd edib ki, bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti ötən sessiyada Əfqanıstanda Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsini qəbul edib. Cari ilin 13 yanvar tarixində isə qeyd edilən Qanun möhtərəm Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Sədr Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstan dövlətinin mövqeyini yüksək qiymətləndirib:

“Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib, ölkəmizin ədalətli mövqeyinə dəstəyini ifadə edib. Bu dəstək özünü Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar zamanı da aydın şəkildə büruzə verib. Belə ki, Əfqanıstan Xarici İşlər Nazirliyi, bu ölkənin Milli Assambleyasının Ağsaqqallar Şurası, Assambleyanın Xalq Palatası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər”.

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun Azərbaycan və Əfqanıstan arasında münasibətlərin qədim tarixə malik olduğunu qeyd edib.

O, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi naminə səfir kimi səylərini əsirgəməyəcəyini deyib.

Səfir ölkəsinin Azərbaycana haqq işində həmişə dəstək verdiyini söyləyərək, Azərbaycan parlamentində ölkəmizin Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.

Sonra qonaq Əfqanıstan parlamentinin fəaliyyəti və parlamentlərarası əlaqələr barədə danışıb.

Görüşdə həmcinin  iki  ölkənin parlamentlərində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Subbakalavrların qeydiyyatı başladı

Subbakalavrların qeydiyyatı başladı

Ağgöldə lalə dənizi... – FOTO

Ağgöldə lalə dənizi... – FOTO

AVROPANIN LƏKƏLİ ÜZÜ...

AVROPANIN LƏKƏLİ ÜZÜ...

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

İranda daha üç məhbus edam edildi

İranda daha üç məhbus edam edildi

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

End of content

No more pages to load

RADİO