"Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaq" - Prezidentin köməkçisi

"Qarşıdakı illərdə Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaq".

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun "Prezident İlham Əliyev – zamanı qabaqlayan lider" sərlövhəli analitik məqaləsində yer alıb.
 

N.Əmirov qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir:

MÖVZU İLƏ BAĞLI:

"İqtisadi artımımız dünya üzrə orta proqnozdan 2 dəfə çoxdur" - Prezidentin köməkçisi


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına start verib, eyni zamanda, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunmasına və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edib. 

Aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaqla, kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq olunub. Görülən tədbirlər nəticəsində yerli istehsal potensialı güclənmiş və ərzaq məhsullarının rəqabətqabiliyyətliliyi yüksəlib.

Nəticədə ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yaxşılaşıb. 

Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi 30-35 faiz təşkil edirdisə, 2020-ci ildə bu məhsullar üzrə özünütəminetmə səviyyəsi müvafiq olaraq 84,5 və 83,5 faizə qədər artıb.

Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal mühüm paya sahib idisə, 2020-ci ildə kartofla özünütəminetmə səviyyəsi 90,6 faiz olub.

Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 110,4 faiz, meyvə və giləmeyvə üzrə isə 116,3 faiz təşkil edib. Qarşıdakı illərdə ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaq. 

Şübhəsiz ki, uzun illər ərzində işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqla özünütəminetmə səviyyəsinin artırılmasına töhfə verəcək. Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsindəki nailiyyətləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında da əksini tapır və son illər ərzində ölkəmizin ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. 

Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi (The Global Food Security Index) üzrə hesabata əsasən Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə olunur. Hazırda da ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün yeni institusional mexanizmlər yaradılır", - N.Əmirov deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, 2021-ci ildə ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artırılması üçün Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılıb:

"Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 19 iyul tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanına əsasən isə ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə yeni mexanizmlər yaradılmışdır", - N.Əmirov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məqsədlə kredit götürsəniz, uduzmazsınız – QIZIL TÖVSİYƏ

Bu məqsədlə kredit götürsəniz, uduzmazsınız – QIZIL TÖVSİYƏ

Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm

Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm

Zabuxda məskunlaşmış sakinlərin NƏZƏRİNƏ!

Zabuxda məskunlaşmış sakinlərin NƏZƏRİNƏ!

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – PROQNOZ

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – PROQNOZ

Başına dirədiyi tapançanı boş zənn edərək HƏYATINI İTİRDİ

Başına dirədiyi tapançanı boş zənn edərək HƏYATINI İTİRDİ

ADY-dən ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

ADY-dən ixtisarlarla bağlı xəbərlərə REAKSİYA

“Yeməyimi qızdır, gəlirəm”, dedi – ÖLDÜ

“Yeməyimi qızdır, gəlirəm”, dedi – ÖLDÜ

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər HƏYATA KEÇİRİLƏCƏK – FOTO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər HƏYATA KEÇİRİLƏCƏK – FOTO

BMT koordinatorundan islahatlar ANONSU – Hansı dəyişikliklər olacaq? – EKSKLÜZİV

BMT koordinatorundan islahatlar ANONSU – Hansı dəyişikliklər olacaq? – EKSKLÜZİV

Nizami Alışanın məhkəməsi sabiq məmur oğluna görə qapalı keçirildi

Nizami Alışanın məhkəməsi sabiq məmur oğluna görə qapalı keçirildi

Onların bazarlarda fəaliyyətinə qadağa qoyulacaq – VİDEO

Onların bazarlarda fəaliyyətinə qadağa qoyulacaq – VİDEO

Bu stansiya gələn ilin sonunadək açılacaq

Bu stansiya gələn ilin sonunadək açılacaq

Keçmiş həyat yoldaşı Ayselə SÖZ ATDI: "Neçə ərin olub?"

Keçmiş həyat yoldaşı Ayselə SÖZ ATDI: "Neçə ərin olub?"

"Qarabağ" klubu 5000, "Sabah" 2000 manat cərimələndi

"Qarabağ" klubu 5000, "Sabah" 2000 manat cərimələndi

Bakıda evlərdən 12 min manatlıq qızıl oğurlandı

Bakıda evlərdən 12 min manatlıq qızıl oğurlandı

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa OLUNACAQ

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa OLUNACAQ

“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO

“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO

“Nizami” metrosunun yaxınlığında da yeni stansiya olacaq

“Nizami” metrosunun yaxınlığında da yeni stansiya olacaq

Bakıda avtomobillərin sayı REKORD HƏDDƏ – “Maşın bumu”nun sosial və ekoloji FƏSADLARI

Bakıda avtomobillərin sayı REKORD HƏDDƏ – “Maşın bumu”nun sosial və ekoloji FƏSADLARI

"İphone17"ni gömrükdən gizlətmək üçün görün hansı yola ƏL ATDI

"İphone17"ni gömrükdən gizlətmək üçün görün hansı yola ƏL ATDI

“Port Baku”nun yaxınlığında metro stansiyası İNŞA EDİLƏCƏK

“Port Baku”nun yaxınlığında metro stansiyası İNŞA EDİLƏCƏK

“Beşiktaş” böyükhesablı qələbə qazandı - VİDEO

“Beşiktaş” böyükhesablı qələbə qazandı - VİDEO

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

End of content

No more pages to load

RADİO