“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO

“Kontakt” mağazalar şəbəkəsi sosial məsuliyyətini bu dəfə tamam fərqli addımla göstərir. Belə ki, şəbəkə yeni tədris ilində region mağazalarında xüsusi “dərs otağı” yaradaraq ucqar bölgələrdəki məktəblilərə açıq qapı təqdim edir.
 

“Təhsil üçün yanındayıq #yaxındayıq” adlanan bu layihə ilkin mərhələdə 5 region – Quba, Bərdə, Göyçay, Masallı və Zaqatala mağazasını əhatə edir. Buradakı “dərs otaqları” məktəblilərin rahatlıqla dərslərinə hazırlaşa bilməsi üçün tam şəraitlə – notbuk, printer, masa-stul dəsti və digər ləvazimatlarla təchiz olunub.

 

Şəbəkə “dərsini burada et” devizi altında yaratdığı bu zonalarda texnologiyaya çıxışı məhdud olan uşaqlara bərabər imkanlar təqdim etməyi, onların öyrənmə bacarıqlarını və gələcək potensiallarını inkişaf etdirməyi hədəfləyir.

Bu layihə həm də təsirli təqdimat videoçarx ilə diqqət çəkir. Çarx izləyicilərə bir uşağın gələcəyini dəyişmək üçün hər zaman böyük imkanlara ehtiyac olmadığını xatırladır. “Kontakt” bu videoçarx ilə göstərir ki, bəzən bütün fərqi yaradan sadəcə kiçik bir masa, bir notbuk və açıq bir qapıdır.

Və ona görə də layihənin maraq görən videoçarxında da deyilən çağırışa biz də qoşuluruq: Təhsil üçün yanındayıq #yaxındayıq.

//www.youtube.com/watch?v=CJxhQ0JCCCo

Layihənin texniki dəstəkçisi qismində isə “Caetono Distribution” çıxış edir. 

Qeyd edək ki, sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Kontakt” illərdir “Təhsil Proqramı” çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində davamlı layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini gələcəkdə də aktiv şəkildə davam etdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada yanacaq qıtlığı: Atlara tələbat kəskin artdı - FOTO

Rusiyada yanacaq qıtlığı: Atlara tələbat kəskin artdı - FOTO

Makronun prezidentlikdən sonrakı planı - Milyarderin şirkətində işləyəcək

Makronun prezidentlikdən sonrakı planı - Milyarderin şirkətində işləyəcək

ABŞ-da anomal istilər: 25 nəfər həyatını itirdi - FOTO

ABŞ-da anomal istilər: 25 nəfər həyatını itirdi - FOTO

Sabirabadda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Sabirabadda avtomobilin vurduğu piyada VƏFAT ETDİ

Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

Bakıda eyni gündə iki uğurlu böyrək nəqli əməliyyatı icra olundu - FOTO

Bakıda eyni gündə iki uğurlu böyrək nəqli əməliyyatı icra olundu - FOTO

Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?

Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?

Aysberq belə dağıdıldı - ANBAAN VİDEO

Aysberq belə dağıdıldı - ANBAAN VİDEO

Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

Konstantinovka uğrunda informasiya müharibəsi: Ukrayna şəhərə nəzarət etdiyini təsdiqlədi - VİDEO

Konstantinovka uğrunda informasiya müharibəsi: Ukrayna şəhərə nəzarət etdiyini təsdiqlədi - VİDEO

Boris Conson ABŞ-ı belə təbrik etdi: “Ən böyük Britaniya layihəsidir" - FOTO

Boris Conson ABŞ-ı belə təbrik etdi: “Ən böyük Britaniya layihəsidir" - FOTO

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Dünyanın ən bahalı şəhərləri - SİYAHI

Fövqəladə hallarda mobil rabitə kəsiləcək - Qırğızıstanda YENİ QANUN

Fövqəladə hallarda mobil rabitə kəsiləcək - Qırğızıstanda YENİ QANUN

Zəlzələdən sonra evlərinə qayıda bilmirlər - VİDEO

Zəlzələdən sonra evlərinə qayıda bilmirlər - VİDEO

Erməni müxalifəti parlamentdə fəaliyyətə başlayır?

Erməni müxalifəti parlamentdə fəaliyyətə başlayır?

Ata və övladları dəfn olundu - FOTO

Ata və övladları dəfn olundu - FOTO

Süni intellekt 2026-cı il Dünya Çempionatının qalibini müəyyən etdi

Süni intellekt 2026-cı il Dünya Çempionatının qalibini müəyyən etdi

Balıkesir və Diyarbəkirdə meşə yanğınları belə söndürülür - VİDEO

Balıkesir və Diyarbəkirdə meşə yanğınları belə söndürülür - VİDEO

Narın insana daha hansı xeyiri var?

Narın insana daha hansı xeyiri var?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

İsrail Livanın cənub rayonlarını artilleriya atəşinə tutdu - VİDEO

İsrail Livanın cənub rayonlarını artilleriya atəşinə tutdu - VİDEO

İran səfiri: Hörmüz boğazında Çin və digər dost ölkələr üçün güzəştlər olacaq

İran səfiri: Hörmüz boğazında Çin və digər dost ölkələr üçün güzəştlər olacaq

5 yaşlı qızın meyiti tapıldı: Şübhəli kimi anası axtarılır - FOTO

5 yaşlı qızın meyiti tapıldı: Şübhəli kimi anası axtarılır - FOTO

12 yaşlı məktəblini qətlə yetirən şəxs həbs edildi - VİDEO

12 yaşlı məktəblini qətlə yetirən şəxs həbs edildi - VİDEO

End of content

No more pages to load

RADİO