“Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4 146 tank və zirehli texnika məhv edilib”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.
Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin 406-cı Artilleriya Briqadasının Dnepr bölgəsindəki müvəqqəti mövqelərinin yüksək dəqiqlikli silahlarla vurulduğunu, 200-ə yaxın Ukrayna əsgərinin öldürüldüyünü və 9 artilleriya maşını və hərbi maşının məhv edildiyini qeyd edib.
“Bu günə qədər 260 təyyarə, 144 helikopter, 1600 pilotsuz uçuş aparatı, 357 hava hücumundan müdafiə raket sistemi, 4 146 tank və zirehli texnika, 763 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 185 haubitsa və minaatan, 4 453 şəxsi hərbi maşın məhv edilib”, - İqor Konaşenkov bildirib.
Bizim.Media