Oqtay Ağayevin ACI TALEYİ – Rəşid Behbudovla küsülü qaldı, gənc yaşında oğlunu itirdi - VİDEO

“Korifeylərimiz” rubrikasında bu dəfə Oqtay Ağayev haqqında danışacağıq. Gözəl səs tembrinə və zəngin repertuara malik Oqtay Ağayev çox nadir sənətkarlardandır. Bütün dövrlərdə ifası sevilə-sevilə dinlənilir. Dinlənilə - dinlənilə də öyrənilir.  

Kremlin Qurultaylar Sarayında 11 dəfə konsert verən Bakılı balası 

Oqtay Ağayev bir sənətkar kimii çox xoşbəxt idi. Keçmiş SSRİ-də uşaqdan-böyüyə onu sevirdi, dinləyirdi. O, Azərbaycanın nadir sənət adamlarından idi ki, Kremlin Qurultaylar sarayında 11 dəfə konsert proqramı ilə çıxış edib. Onun konsertləri hər zaman anşlaq keçib. Hətta bir dəfə Kremlin Qurultaylar sarayına 7 mindən artıq tamaşaçı toplaşıb. Onları bir çoxu saatlarla ayaq üstə qalıb ki, Oqtay Ağayevin nəğmələrini eşitsin.  

Rəşid Behbudov Oqtay Ağayevdən nəyə görə incimişdi? 

O yerli və xarici estrada müğənnilərinin repertuarlarındakı mahnıları çox böyük ustalıqla ifa edirdi. Vaxtilə yaxın dostu olan Rəşid Behbudovla onun arası da məhz repertuar üstündə dəyib. Beləki, 1968-ci ildə Moskvaya gedən azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyətinə Rəşid Behbudov başçılıq edirdi.  Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı "Camayka"nı oxumasın. Deyilənə görə, Robertino Lorettinin ifasında sevilən bu mahnının keçmiş SSRİ-də ən yaxşı ifa edən məhz Oqtay Ağayev imiş. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnı oxuyur. Amma mahnı bitən kimi zaldakılar "Camayka!", "Camayka!" qışqırırlar və Maestro Niyazi gənc Oqtay Ağayevdən həmin mahnının oxumasını istəyir.

Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Rəşid Behbudov onun bu mahnının oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev "Camayka"nı oxuyur və zal aşıb-daşır, sənətkar alqışlanır. 
Məhz bu hadisədən sonra Rəşid Behbudovla Oqtay Ağayevin münasibətləri pozulur.  

Bakısız yaşaya bilməyən sənətkar 

Konsertdən sonra SSRİ-nin Mədəniyyət naziri Y.Furtsova onu Moskvada qalmaq üçün dilə tutur. Amma o, Bakısız yaşaya bilməyəcəyini deyir və bu ideal təklifi geri çevirir. 

Oqtay Ağayev birbaşa xalq artisti fəxri adını alan 3 sənətkardan biridir. Onun 200-dən artıq ifası lentə alınıb. Kinofilmlərə ən çox mahnı oxuyan müğənni də məhz Oqtay Ağayevdir. Onun bir çox ifaları sonradan həmin kinofilmlərin santrektinə çevrilib. 

Talesiz insan 

Lakin, bir insan kimi Oqtay Ağayev o qədər də şanslı olmayıb. Hər zaman ən yaxın dostlarından zərbə alıb. 50 yaşındaykən işsiz qalır. Hətta tale elə gətirir ki, o gecə qarovulçusu işləməyə məcbur olur. Bu azmış kimi oğlu Rəşidi gənc yaşlarında itirir. 

Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti 2006-cı il, noyabrın 14-də 72 yaşında vəfat edir. 

Oqtay Ağayev haqqında daha ətraflı aşağıdakı videoda: 

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

Trampdan ABŞ-ın yanacaq şirkətlərinə kəskin xəbərdarlıq: "Qiymətləri aşağı salın”

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

İranın qərbində atışma: SEPAH-ın iki hərbçisi öldürüldü

Çörək almağa gedən gənc qız itkin düşdü

Çörək almağa gedən gənc qız itkin düşdü

Bu gözəl xanımı artıq heç kəs görüşə çağırmır – FOTO

Bu gözəl xanımı artıq heç kəs görüşə çağırmır – FOTO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

1/16 finalın bugünkü oyunlarının təqvimi -DÇ-2026

1/16 finalın bugünkü oyunlarının təqvimi -DÇ-2026

Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

Makaka turistin telefonunu oğurladı - Selfi çəkdi – FOTO

Paraqvay xalqı kef edir– Video

Paraqvay xalqı kef edir– Video

Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA

Qızılın qiymətində KƏSKİN UCUZLAŞMA

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Abituriyentlərin DİQQƏTİNƏ – Ən gərgin rəqabətin olacağı qruplar AÇIQLANDI

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi Ali Məhkəmədə

Neft hazırda hansı qiymətə satılır?

Neft hazırda hansı qiymətə satılır?

Elşad Qarayevin vəsiyyəti - Video

Elşad Qarayevin vəsiyyəti - Video

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

Altı zolaqdan gələn avtomobillər bir zolağa sığmağa çalışır – “Şirin dairəsi”ndən ŞİKAYƏT – VİDEO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

239 nəfərlə yoxa çıxan təyyarə ilə bağlı yeni qərar

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Ukraynadan Moskvaya növbəti dron hücumu – VİDEO

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Bakının bəzi əraziləri işıqsız qalacaq – SİYAHI

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi – Video

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

ChatGPT Rusiya daxilində yaranacaq beş dövlətin adını çəkib

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO