İstanbul şəhərində Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, sazişi Türkiyənin müdafiə naziri Hulusi Akar, onun rusiyalı həmkarı Sergey Şoyqu, BMT Baş katibi Antoniu Quterreş, Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov imzalayıb.
Qeyd edək ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Bizim.Media