''2020-ci il imtahanlarında iştirak edən 50 nəzarətçi-müəllim Vətən müharibəsində iştirak edib. Onlardan 4-ü şəhid olub''.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Şəhid olan müəllimlərimiz İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğludur. Onlar Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin!”- deyə DİM sədri qeyd edib.
Bizim.Media