Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) istefada olan general-mayoru Yevgeni Lobaçovun meyiti tapılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Lobaçevanın həyat yoldaşı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Məlumata görə, xüsusi xidmət orqanlarının 76 yaşlı veteranı Kaçalinskaya küçəsindəki evlərin birinin girişində ölü tapılıb. Cəsədin yaxınlığında “TT” markalı tapança aşkar edilib.
İlkin versiyaya görə, FSB generalı intihar edib və buna səbəb kimi səhhətindəki problemlər və maddi çətinliklər göstərilib.
Bizim.Media