“Facebook”da istifadəçilərə bir neçə hesaba sahib olmaq imkanı veriləcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə "Meta" şirkətinin mətbuat katibi Leonard Lam məlumat verib.
Yeni funksiya ilə istifadəçilər öz əsas hesablarına bağlı olan 4 əlavə hesab yarada biləcəklər.
Qeyd edək ki, yeni funksiya üzərində çalışılır və onun nə vaxt aktiv olacağı hələlik məlum deyil.
Bizim.Media