"Zirə" "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu mövsümün sonunadək "Zirə"də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, millimizin üzvü ötən ilin dekabrında Ukrayna "Minay"ından "Qarabağ"a transfer olunub.
Bizim.Media
