“Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ

“Bitcoin” kripto valyutasının son dövrlər dəyəri sürətlə artaraq 42 min dollar təşkil edib. 

Bizim.Media “The Street” saytına istinadən xəbər verir ki, kripto valyutanın mübadilə mərkəzi hesab edilən “Gemini”nin banisi Taylr və Kameron Vinklevos “Bitcoin”in ümumilikdə 500 min dollara qədər artacağı, bu ilin sonunda isə 318 min dollara qədər yüksələcəyini bildirib. 

Bəs “Bitcoin”nin sürətlə dəyərinin artmasının səbəbləri nələrdir? 

Başlıca səbəblərindən biri pandemiyadır və qlobal fond bazarlarında neftin qiymətinin düşdüyü dövrdə artmağa başlayıb. İnvestorlar koronavirusa qarşı peyvəndlərin inkişaf etdirilməsinə, kriptovalyutalara və riskli aktivlərə sərmayə qoyub. 

Son dövrlər xüsusilə ABŞ və Britaniyanın bir çox investisiya şirkətləri kriptovalyutalara sərmayə qoyduqlarını açıqlayıblar. 

“Ruffer” investisiya fondu 27 milyard dollarlıq aktivlərinin 2.5%-ni sərmayə qoyub.
Fond bu sərmayədə bütün dünyada davam edən devalvasiyaya qarşı “kiçik və təsirli” sığorta kimi görür. 

“Bitcoin”in son həftədə kəskin artımı, həm də valyuta bazarındakı mənfi xəbərlərlə əlaqəlidir.

Bu gün “Bitcoin” təkcə investorları cəlb etmir, eyni zamanda, bir sıra özəl və dövlət qurumları da xəzinələrini “Bitcoin”ə çevirirlər. Son dövrdə “Bitcoin”ə investisiya qoyan nəhəng şirkətlər arasında “Square”, “MicroStrategy” və “MassMutual” da var. Hazırda ən çox “Bitcoin”ə “Grayscale Bitcoin Trust” sahibdir.

Həmçinin, onlayn ödəməni təmin edən 360 milyondan çox aktiv müştərisi olan “PayPal” da kriptovalyutalarla ödənişə imkan yaradıb.

“PayPal”dan başqa digər ödəmə sistemlərin də kriptovalyutalara inteqrasiyası, “rəqəmsal cüzdan” sayının və investisiyaların bu istiqamətdə artması “Bitcoin”in bahalaşmasına səbəb olub. 

Dünyada bir çox böyük şirkətlər “Bitcoin”i qızıla alternativ hesab edir. Gündəlik 900 ədəd “Bitcoin” istehsal edilir və bu rəqəmi aşmaq mümkün deyil. Dolayısıyla təklif məhdud olduğu üçün tələb yüksək olduqda qiymət də buna uyğun olaraq artır.

“Bitcoin”in üstünlüyü nədir?

“Bitcoin”in heç bir rəsmi qurum və ya Mərkəzi Banklarla əlaqəsi yoxdur və ölkə iqtisadiyyatına təsir etmir. Hesabınızı yalnız siz idarə edə bilərsiniz. Heç bir struktur hesabınıza müdaxilə edə bilməz. Eyni zamanda, pul köçürmələri etmək üçün banklara və digər vasitəçi qurumlara ehtiyac yoxdur. Hesab açmaq çox sadədir.

Banklarda olduğu kimi uzun müddət gözləməyə ehtiyac yoxdur. “Rəqəmsal cüzdan” vasitəsilə köçürmələrinizi daha tez həyata keçirə, “Bitcoin”i istədiyiniz vaxt istədiyiniz hesaba transfert edə bilərsiniz. Sahib olduğumuz kriptovalyuta tamamilə bənzərsiz bir kodla hazırlanan və yalnız sahibinin istifadəsində olan bir xüsusiyyətə malikdir və sahib olduğunuz məbləğ sizin nəzarətinizdən kənarda istifadə edilə bilməz.

Çünki, “Blockchain” adlı şifrələmə texnologiyasına müdaxilə etmək çox çətindir.

Ölkədən-ölkəyə heç bir fərqi yoxdur, dünyanın hər yerində 1 “Bitcoin” eyni dəyərdədir. Sahib olduğunuz kriptovalyuta ilə dünyanın istənilən nöqtəsində mübadilə fərqi olmadan əməliyyatlar apara bilərsiniz. Bir sözlə, bu valyuta növü ilə ticarət əməliyyatlarını asanlaşdıra və bu pullardan yalnız ölkənizdə deyil, həm də bütün dünyada istifadə edərək investisiya imkanlarını artıra bilərsiniz.

Bəs “Bitcoin”lə bağlı proqnozlar necə olacaq?

Vüqar Ağamalıoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

DİM bu gün daha bir imtahan keçirəcək

DİM bu gün daha bir imtahan keçirəcək

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

DÇ-2026: Argentina yarımfinala vəsiqə qazandı: İngiltərə ilə qarşılaşacaq - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

Torontoda atışma: 2 ölü, 5 yaralı var - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

End of content

No more pages to load

RADİO