Yaponiyanın paytaxtı Tokioda 1875-ci ildən bəri iyun ayında ən yüksək istilər (36,4 dərəcə) qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində havanın temperaturu 39 dərəcəni keçib.
Yaponiyanın Saitama əyalətində 39,9, Qunma əyalətində 39,7 və Şizuokada 39,4 dərəcəyə çatan istilər ən azı 12 nəfərin ölümünə səbəb olub.
Bizim.Media