"Mançester Yunayted" hücumçusu Kristiano Ronaldo barədə yekun qərarını verib.
Bizim.Media ESPN-ə istinadən məlumatına görə, klub rəhbərliyi portuqaliyalı ulduza bu yay başqa kluba satılmayacağını çatdırıb.
Bildirilib ki, baş məşqçi Erik ten Haqın 37 yaşlı futbolçunun heyətdə olmasını şəxsən istəyib.
Qeyd edək ki, daha öncə "Mançester Yunayted"in transfer siyasətinin Ronaldunun ürəyincə olmadığı və bu səbəbdən iş yerini dəyişmək istədiyi barədə informasiyalar yayılmışdı.
Bizim.Media