Rusiya prezidenti Vladimir Putin gələn həftə Tacikistan və Türkmənistana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb.
“Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmon ilə geniş danışıqlar üçün Düşənbəyə uçacaq. İki lider arasında danışıqlar və işçi nahar planlaşdırılır. Bundan dərhal sonra Rusiya prezidenti Xəzər sammitində iştirak etmək üçün Türkmənistana gedəcək”. Məlumat “Moskva. Kreml. Putin” proqramında sızdırılıb.
Bu, Rusiya liderinin Ukraynada müharibə başlayandan bəri ilk xarici səfəri olacaq.
Bizim.Media