"Səbail" klubu heyətinə yeni futbolçu qatıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ"dan Rafael Məhərrəmlini transfer edib.
Lakin 23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rafael Məhhərəmli son 2 mövsümü icarə əsasında "Keşlə"də (hazırkı "Şamaxı") keçirib.
Bizim.Media