Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Bizim.Media xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.
O, iyulun 7-də Bosniya və Herseqovinada "Bortats" - "B-36 Torşavn" matçını idarə edəcək. R.Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək.
Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Bizim.Media