Türkiyənin Van bölgəsində zəlzələ olub.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar saat 18:53-də Tuşba rayonunda 3,5 bal gücündə qeydə alınıb. Zəlzələnin 3 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Bizim.Media