Tələbələri hədələyən universitet karantin rejimini pozdu – ŞİKAYƏT

Bakı Qızlar Universiteti sərt karantin rejimini pozaraq iclas keçirib.

Bu iddia ilə Bizim.Media saytına təhsil eksperti Kamran Əsədov çıxış edib.

Ekspert deyib ki, yanvarın 7-də rəhbərlik tərəfindən təxminən 300 tələbə universitetə dəvət edilib.

Səbəb universitet tələbələrinin ekspert Kamran Əsədovun “Təhsil problemləri və onların həlli” mövzusunda sosial şəbəkələrdə təşkil etdiyi canlı yayıma qatılmaları və təhsil aldıqları müəssisədəki problemləri ictimailəşdirmək olub.

Ekspert tələbələrə universitet rəhbərliyi tərəfindən təzyiq olunduğunu da qeyd edib:

“Təhsil prosesinin bütün pillələri və növləri üzrə yaxından tədqiqatlar aparıram. Çünki təhsil mənim işimdir. Bütün təhsil iştirakçıları bu və ya digər formada mənə narahatlığını bildirirlər. Bu gün texniki imkanlar elədir ki, şikayətçiləri daha rahat üsulla dinləmək imkanına malikəm. Martdan bəri pandemiya ilə əlaqədar təhsil onlayn qaydada həyata keçirilir. Bu səbəbdən ali və orta təhsil müəssisələrində dərslərin necə keçirilməsi ilə bağlı sorğu aparırdım. Bir həftə ərzində “Watsapp” dakı şəxsi ismarıcıma 1600 mesaj göndərildi. Digər sosial şəbəkə hesablarıma isə 5 dəfə artıq  müraciətlər gəlirdi. Şikayətləri yaxından dinləmək üçün “İnstagram” hesabımda 4-5 gündür canlı açıram ki, tələbələr ora qoşulub dərdlərini desinlər. Universitet və tələbə fərqi qoymadan hər kəsin sorğusunu dinləyirdim”.

Kamran Əsədovun sözlərinə görə canlı yayıma qoşulanlar arasında  Bakı Qızlar Universitetinin tələbələri üstünlük təşkil edirdi:

“Canlıya qoşulan 10 nəfərdən 7-si Bakı Qızlar Universitetinin tələbələri idi. Bu say günlərlə artırdı və Bakı Qızlar Universitetindən çoxsaylı şikayətlər gəlirdi. Mən isə Universitetin bərbad təhsili ilə bağlı heç bir şərh vermirdim, sadəcə olaraq şikayətləri qeydə alırdım. Məsələ ondan başladı ki, Qızlar Universitetinin tələbələri mütəmadi canlı yayımlarıma qoşulurdular və təhsil müəssisəsinin daxilindəki problemləri  bölüşürdülər. Təbii ki, canlı yayıma Bakı Slavyan, Avrasiya, Odlar Yurdu universitetlərindən də qoşulanlar var idi”.

Müsahibim bildirib ki, iki gün əvvəl universitet rəhbərliyindən ona zəng edilib və tələbələri canlı yayıma niyə qoşduğunu sorğulayıb:

“Birincisi, hardan bilim ki, canlı yayıma qoşulan hansı universitet tələbəsidir?  Siz nədən narahatsız? Məsələ canlı yayıma qoşulmaq deyil, problem odur ki, Kamran Əsədov canlı yayıma niyə Bakı Qızlar Universitetinin  tələbələrini qoşub?  Deyirlər, başqasını qoş...Axı, mən şikayətçilər arasında necə fərq qoyum? Mənim heç kimlə problemim yoxdu. Şikayətçinin dərdini dinləməliyəm”.

Ekspert onu da əlavə edib ki, universitet rəhbərliyindən tələbələrə təzyiqedici səsyazmalar göndərilib.

Məsələ ilə bağlı Bakı Qızlar Universitetindən cavab ala bilmədik.

Qeyd edək ki, Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin pozulması xüsusi məsuliyyət yaradır. Qanunvericilikdə bununla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə,

fiziki şəxslər 100 manatdan 200 yüz manatadək,

vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək,

yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliy i baxır.

İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

Bundan başqa, Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 139-1-ci maddədə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Belə ki, bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Putindən Trampa TƏKLİF: Qələbə Günü ATƏŞKƏSƏ hazıram

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Xalq artisti AĞLADI: “Qızım məndən ayrılır…” - VİDEO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Birinci Liqa: “Mingəçevir”dən böyükhesablı qələbə - VİDEO

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Pentaqondan Ukrayna ilə bağlı ETİRAF: onları kəşfiyyat məlumatları ilə təmin edirik

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

Qalibaf: Tramp İranı məhv etməyə çalışır

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Məktəbli idmançılar Türkiyədən medallarla qayıtdılar - FOTOLAR

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Tramp İranı blokadadan çıxarmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Paytaxtda yeni xəstəxana tikiləcək

Paytaxtda yeni xəstəxana tikiləcək

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Küçədə, ictimai nəqliyyatda öz-özünə danışmaq... – Hansı psixoloji problemin XƏBƏRÇİSİDİR?

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

Suqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı - FOTO

55 yaşlı məşhur ana olacaq

55 yaşlı məşhur ana olacaq

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

FHN Oğuzda 254 şəxsi heyət və 41 texnika ilə təlim keçirdi - FOTO/VİDEO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Türkiyə kəşfiyyatı Xomeyni haqqında "tam məxfi" sənəd paylaşdı - FOTO

Xalq artisti ağır durumda...

Xalq artisti ağır durumda...

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

Gecə və səhər saatlarında yola çıxacaq sürücülərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO