Partiya sədrləri Prezident Administrasiyasına niyə çağırılıblar? – AÇIQLAMA

Son günlərdə iqtidar-müxalifət dialoqu çərçivəsində PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqə şöbəsinin müdiri Ədalət Vəliyevlə bir sıra partiyalar arasında görüşlər təşkil olunub.

2019-cu ildən bəri mütəmadi olaraq təşkil olunan görüşlərin bu dəfəki raundunda müzakirə edilən məsələləri, edilən təklifləri və siyasi təşkilatların bu formata partiya sədrlərinin mövqeyini öyrəndik.

Mayın 26-da Ədalət Vəliyevlə görüş keçirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bizim.Media-ya açıqlamasında görüşdə Ədalət Vəliyevin hakimiyyətin daxili və xarici siyasətlə bağlı onlara məlum olan, olmayan məlumatları verdiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Partiya sədrləri inflyasiyadan GİLEYLƏNDİLƏR – Dövlətin ayırdığı vəsaitin artırılmasını istədilər


“Daha sonra isə bizim Prezidentə çatdırılmalı olan ideyalarımız öyrənildi. Mən də öz növbəmdə, iki məsələ ilə bağlı təkliflə çıxış etdim. Birincisi, “Tərtər işi”ndə günahkar olan bütün şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladım. İkincisi, VİP sədri Əli Əliyevin azadlığa buraxılmasının zəruri olduğunu qeyd etdim. Ədalət Vəliyev də bu məsələləri Prezidentə çatdıracağını söz verdi”.

Görüşün müsbət ab-havada keçdiyini bildirən Sərdar Cəlaloğlu bu tip müzakirələrin iqtidar-müxalifət arasında münasibətlərin yumşalması, milli həmrəyliyin möhkəmləndirilməsi və hökumətin siyasəti ilə bağlı ilk mənbədən məlumat əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb:

“Gələcəkdə ikitərəfli yox, çoxtərəfli görüşlərin keçirilməsi ilə bağlı da təkliflə çıxış etdim və Ədalət bəy bu yaxınlarda belə bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd etdi”.

İyunun 3-də isə Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovla Ədalət Vəliyev arasında görüş baş tutub. Bu müzakirələrlə bağlı danışan REAL-ın icra katibi Natiq Cəfərli vurğulayıb ki, görüşün əsas məğzi ölkədə, dünyada və regionumuzda baş verən proseslərin ümumi dəyərləndirilməsindən ibarət olub:

“Bundan əlavə, REAL-ın bu aylar ərzində təklif etdiyi qanunvericilik təşəbbüslərilə bağlı da fikir mübadiləsi olub. Bunların arasında QHT-lərin işinin yaxşılaşdırılması ilə bağlı məsələ də var idi. Azərbaycanda 2005-ci ildən sonra ilk dəfə olaraq müxalifət partiyası qanun layihəsi hazırladı və bu qanun layihəsi artıq parlamentdə qeydiyyatdan keçib. Müvafiq komissiyalarda məsələ müzakirəyə çıxarılacaq və plenar iclasa təqdim ediləcək. 

İlqar bəy də QHT-lərin işində irəliləyişə nail olmağın, ölkəmizin imici, ümumiyyətlə Azərbaycan-Ermənistan sülh danışıqlarının Avropa İttifaqının moderatorluğu ilə tərkib hissəsi kimi, eləcə də ölkəmizin Aİ ilə danışıqlarının sürətləndirilməsi və müqavilənin tərkib hissəsi kimi çox önəmli elementlərdən biri olduğunu qeyd edib”.

Natiq Cəfərli seçki islahatları, referendumla bağlı da fikir mübadiləsinin aparıldığını və sonda ortaq məxrəcə gəlindiyini bildirib.  

PA-nın müvafiq şöbəsi ilə görüşü baş tutan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də görüşdə, əsasən, partiyalararası münasibətlər, yeni yanaşmalar və demokratik sistemdə partiyaların rolunun müzakirə olunduğunu diqqətə çatdırıb:

“Bu yeni bir formatdır. Düşünürəm ki, biz bunu davam etdirsək, ölkədə bünövrəsi qoyulmuş milli barışığa nail olmaq mümkün olacaq. Görüş yüksək səviyyədə keçirildi. Açığını deyim, bizim illərlə gözlədiyimiz proses baş verdi. Partiyaları necə inkişaf etdirmək, onlara necə dəstək vermək, partiyaların dövlətin mühüm məsələrində necə iştirak etməsi müzakirə olundu.

Son vaxtlar, Cənab Prezidentin ölkədə demokratikləşmə ilə bağlı çox ciddi fikirləri, onların həyata keçirilməsi, gələcək parlament seçkilərilə bağlı da fikir mübadiləsi aparıldı. 
Fikrimcə, iqtidar-müxalifət dialoqunun davam etməsi bizim xaricdən ələ alınmış bəzi qüvvələrə dərs olmalıdır. Biz dövlətə, millətə xidmət etməliyik. Dövlət bizimdir, ola bilər ki, kiminsə yanlışları olsun, amma Azərbaycanın müstəqilliyinin qorunmasında, xalqla dövlət arasında birliyin yaranmasında partiyaların rolu böyükdür”.

Hafiz Hacıyevin sözlərinə görə, müvafiq şöbə problemlərin operativ şəkildə həll edilməsində yardımçı olub və bundan sonra da olacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

End of content

No more pages to load

RADİO