Millət vəkilindən Qarabağ ermənilərinə MESAJ – “Sizin də 28 May Müstəqillik gününüz qutlu olsun”

“Müstəqillik günündə "Tekonofest"in Bakıda düzənlənməsi, Türkiyə Prezidentinin bu müqəddəs bayramı burada bizimlə birgə qeyd etməsinə reaksiyalar olacaqdı, oldu da”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev özünün sosial şəbəkə hesabından yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Moskva düşmənçiliyin əməkdaşlıqla əvəzlənməsini istəyirsə...” – Millət vəkilindən ETİRAZ


Deputat qeyd edib ki, Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndindəki çıxışında Xocalı faciəsinin müstəqilliyimizin bərpasından cəmi 4 ay sonra baş verdiyini, onun ardından Laçının, Şuşanın və digər torpaqlarımızın işğal edildiyini və burada Ermənistanla yanaşı "xarici amil"in mühüm rol oynadığını elə-belə vurğulamırdı:

“Yəni diqqətə çatdırılırdı ki, bütün bunların səbəbi bəlli çevrələrin bizim müstəqil olmamızı istəməmələri ilə bağlıydı. Həmən çevrələr nə xislətlərini, nə də mövqelərini dəyişiblər. Ona görə də bizim üçün müqəddəs bir gündə cənab Ərdoğanın ölkəmizə səfərini onlar düzgün olaraq Türkiyənin Azərbaycanın müstəqilliyinə öz özgürlüyü kimi yanaşmasının sərgilənməsi kimi baxır və bundan qıcıqlanırlar. Mayın 28-də Xankəndində keçirilən dırnaqarası etiraz mitinqi də elə bununla bağlıydı”. 

Millət vəkili sözlərinə görə, əsas informasiya dəstəyini kimlərin verdiyindindən duyulur ki, Azərbaycan və Türkiyə əleyhinə keçirilən, arada Paşinyanın da tənqid olunduğu o aksiyanı hansı çevrələr təşkil etmişdi:

“Rusiyanın Ria Novosti dövlət agentliyi bildirir ki, "60 min əhalinin yaşadığı" Xankəndində mitinqə yüzlərlə adam qatılmışdı. Ancaq  həmən agentliyin yaydığı öndən çəkilən panoramsız görüntülər “yüzlərlə adam” kimi təqdim edilənlərin sayının 200-300-ü keçmədiyini və oradakı digər reallıqları üzə çıxarır. Söhbətin hansı reallıqdan getdiyini açıqlamamışdan birincisi onu deyim ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların sayı bütövlükdə 25 mini keçmədiyindən Xankəndində “Ria Novosti” nin təqdim etdiyi kimi 60 min adam qala bilməz. Bu dezinformasiyadır. 

İkincisi, Azərbaycan əleyhinə həm bu, həm də digər təşkil edilmiş aksiyalara qatılanların sayının azlığı, orada daha çox uşaqların yer alması onu göstərir ki, Xankəndi və ətrafında yaşayan hay əsillilərin əksəriyyəti təşkilatçıların müvəqqətiliyini, Ermənistan ordusunun tör-töküntüləri və separatçı-terrorçu ünsürlərlə birgə oradan gedəcəklərini yaxşı anlayır, onlar tərəfindən girov götürülmüş toplum kimi yox, digər Azərbaycan vətəndaşları necədirsə, o cür yaşamaq istəyirlər. Yəni Xankəndindəkilərin çoxu bu hərəkətləri ilə əslində bizimlə birgə olduqlarını göstərirlər. Ona görə onlara da buradan səslənərək “sizin də 28 May dövlət müstəqilliyi bayramınız qutlu olsun”,- deyirəm”.

Sahib Alıyev Qarabağda yaşayan ermənilərin reinteqrasiyasısının vacibliyinə də diqqət çəkib:
 

“Ağalı kəndindəki çıxışında cənab Prezidentin də vurğuladığı kimi Qarabağdakı hay əsillilər də  anlamalıdırlar ki, artıq separatçı ünsürlərə hədlərini göstərməyin vaxtı yetib.


Azərbaycan vətəndaşı olaraq yaşamaq istədiklərini dövlətimiz əleyhinə təşkil edilmiş aksiyalara qatılmamaqla ortaya qoymaq mərhələsindən, bunu açıq şəkildə dilə gətirmək və göstərmək mərhələsinə keçməlidirlər. Çünki reinteqrasiya qarşılıqlı istəyə dayanan prosesdir. Reinteqrasiyanın  onlara nə verəcəyini bilmək üçünsə beş addımlıqlarındakı Şuşaya və yenidən qurulan “Ağıllı kənd”ə- Ağalıya baxmaq yetər. İndi ağıllı olmaq zamanıdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

End of content

No more pages to load

RADİO