Türkiyədə yaşayıb, müğənni kimi fəaliyyətini davam etdirən İradə İbrahimova paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi qlamur obrazda çəkdirdiyi yeni fotolarını yayımlayıb.
Dama-dama printli açıq qəhvəyi rəngdə pencək və eyni tonda üzərinə düyməli tulum geyinən İradə cazibədar obrazla obyektiv qarşısından pozlar verib.
İ.İbrahimovanın həm tərzi həmdə görünüşü izləyicilərdən tərəfindən bəyənilib.
Rəşad Əliyev, Bizim.Media