Zakir Həsənov: "Bakıdakı "Texnofest Azərbaycan"ın xüsusi əhəmiyyəti var" - FOTO

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, qonaqları salamlayan general-polkovnik Zakir Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin göstərdiyi dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Türkiyənin milli müdafiə nazirinin müavini isə öz növbəsində Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Bakıda keçirilən "Texnofest Azərbaycan" festivalının xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

Prezidentdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

71 yaşında evləndi

71 yaşında evləndi

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Tramp: “İrana etibar etmirəm”

Tramp: “İrana etibar etmirəm”

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Nəzakət Teymurova qızı və Ceyran Rəhimova ilə Santorinidə - Fotolar

Nəzakət Teymurova qızı və Ceyran Rəhimova ilə Santorinidə - Fotolar

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

End of content

No more pages to load

RADİO