Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış oldu - YENİLƏNİB - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna da səfər ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Bildirildi ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.

Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək.

Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Onu da deyək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.

15.07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımı Füzuli və Cəbrayıla səfər etdi


Bizim.Media

 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

Prezidentdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

71 yaşında evləndi

71 yaşında evləndi

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Tramp: “İrana etibar etmirəm”

Tramp: “İrana etibar etmirəm”

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Nəzakət Teymurova qızı və Ceyran Rəhimova ilə Santorinidə - Fotolar

Nəzakət Teymurova qızı və Ceyran Rəhimova ilə Santorinidə - Fotolar

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

End of content

No more pages to load

RADİO