Prezident və xanımı “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdi- YENİLƏNİB - FOTO/VİDEO

Mayın 26-da “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası layihənin həyata keçirilməsi üçün üçmərhələli planlaşdırma aparılıb.

Bunun üçün birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq.

Prezident İlham Əliyev “Cəbrayıl” enerji qovşağının təməli qoyub.

Bildirilib ki, “Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək. Ən əsası isə Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək.

“Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaq. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcək.

Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.

Diqqətə çatdırılıb ki, “Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq.

Yarımstansiyada 330 və 110 kilovoltluq açıq, 10 kilovoltluq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaq. Mövcud layihələrin yarımstansiyaya inteqrasiyası ilə bərabər, gələcəkdə burada genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaq.

Qeyd edək ki, “Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.

12.59

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

71 yaşında evləndi

71 yaşında evləndi

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Tramp: “İrana etibar etmirəm”

Tramp: “İrana etibar etmirəm”

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

Maşın alarkən bu tələyə düşməyin — Açıqlama

Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Nəzakət Teymurova qızı və Ceyran Rəhimova ilə Santorinidə - Fotolar

Nəzakət Teymurova qızı və Ceyran Rəhimova ilə Santorinidə - Fotolar

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:12 avqustda baş vermiş TARİXİ HADİSƏLƏR

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Hörmüz boğazından hər gün 9 milyon barel neft daşını

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

İsti hava və quraqlıq fonunda Avropada elektrik çatışmazlığı gözlənilirmi?

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

UNESCO: Əfqanıstanda 2,4 milyon qız beş ildir orta təhsildən məhrumdur

Mina canlı yayımda intihar etdi

Mina canlı yayımda intihar etdi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Kriştiano Ronaldo və Corcina Rodriges evləndi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Azərbaycanlı aktrisanın çəkildiyi seriala məşhur müğənni də iddia etdi

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

Gucci lüks sənayenin əsas qaydasını pozur: moda evi niyə qiymətləri aşağı salır?

End of content

No more pages to load

RADİO