İsrail aviaşirkətləri Türkiyəyə birbaşa uçuşları bərpa edəcək.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə İsrailin turizm naziri Konstantin Razvozov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında keçirilən görüşdə razılıq əldə olunub.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri son 15 ildə ilk dəfə İsrailə səfər edib.
Bizim.Media