“Moldovanın eks-prezidenti İqor Dodon hazırda sorğudadır”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Mariana Kerpek məlumat verib.
Onun sözlərinə görə, istintaq sorğu-sualdan sonra həbslə bağlı yekun qərar çıxaracaq.
Həmçinin, Moldova parlamentinin keçmiş deputatı Valeri Naqaçevski bildirib ki, İqor Dodon 20 il müddətinə azadlıqdan məhrum edilə bilər:
“Moldova Cinayət Məcəlləsinin 4 maddəsini pozmaqda şübhəli bilinir. Dodonu 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Bizim.Media