Məhəmməd Baqir Qalibaf 3-cü dəfə olaraq İran parlamentinin sədri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat İran parlamentinin informasiya portalında yerləşdirilib.
Bildirilib ki, bu gün (25 may) keçirilən seçkilərdə Məhəmməd Baqir Qalibaf, Murtaza Ağa Tehrani və Feridun Abbasi parlament sədri vəzifəsinə namizədliyini irəli sürmüşdülər.
Səsvermədə 281 nəfər iştirak edib, 194 səslə Qalibaf yenidən sədr seçilib.
Bizim.Media