İranın paytaxtı Tehranda hava çirkliliyi səbəbindən idarələr, məktəblər və universitetlərin fəaliyyəti dayandırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran valisi Möhsün Mənsuri bildirib.
O qeyd edib ki, açıq məkanlarda idman tədbirləri də qadağan edilib.
Qeyd edək ki, hazırda Tehranda havanın çirklilik indeksi 500-dən çoxdur. Havanın çirklilik indeksi 50-dən aşağı olarsa, təmiz hava hesab edilir.
Bizim.Media