“Üç, yeddi, qırx mərasimlərini də yığışdırmaq lazımdır” - Əhməd Qəşəmoğlu

“Başdaşı düzəltmək, ölü üçün üç, yeddi və qırx mərasimləri təşkil etmək artıq şeylərdir”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda qəbiristanlıqların rəqəmsallaşdırılması ilə bağlı Bizim.Media-yanın sualına cavab verərkən deyib.

Ekspertin sözlərinə görə həyatın bütün sahələrində rəqəmsallaşmaya keçid baş verir. Əgər bu qəbiristanlıqlarda da baş versəydi, çox yaxşı olardı. 

“Ümumiyyətlə, oğuldan, nəvədən sonra qəbirstanlığa gedib öz əcdadını axtaran və ya baş çəkən olmur. Rəqəmsallaşdırıldığı təqdirdə isə hər kəs 200 il sonra da öz əcdadlarının qəbirlərini asanlıqla tapa biləcək”.

Sosioloqun fikrincə, Türkiyədə qəbirstanlıqların rəqəmsallaşdırılması Azərbaycan üçün çox yaxşı bir örnək ola bilər.
“Türkiyənin bir neçə böyük qəbiristanlıqlarında rəqəmsallaşdırmaya keçirilib. Əgər Azərbaycan da buna qərar verərsə, o zaman qardaş ölkənin bu sahədəki təcrübəsindən istifadə edə bilər”.

Qəbir daşları üzərində biznes quran və qəbir daşı hazırlamaq üçün borclanan insanların mövcud vəziyyətinə toxunan ekspert bu fikirləri vurğulayıb: 

“İslamın əsas qaydası cənazə namazından sonra ölünü dəfn etməkdir və bundan sonra öhtəlik qurtarır. İslama görə qəbir daşı itib gedəcək formada qoyulmalıdır. Bizdə isə sanki insanlar daha yaxşı qəbir daşı düzəltmək üçün bir-biri ilə yarışa giriblər”.

Sosioloqun açıqlamasına görə hündür başdaşı düzəltmək, üç, yeddi və qırx mərasimləri təşkil etmək artıq şeylərdir:

“Naxçıvanda qəbirlərin üstündə düzəldilən artıq bər-bəzəyin demək olar ki, hamısı sökülüb və yerli insanlar da bunu normal qəbul ediblər. Avropa ölkələrində olan qəbirstanlıqlar öz səliqəsi və bir birinə bənzəyən standartla diqqəti cəlb edirsə,  bizdə bütün bunlar nəyə lazımdır?”
Bütün qəbirlərin sökülərək standart formaya salınmasının vacibliyini izah edən ekspert bundan narazı ola biləcək insanlarla da bağlı öz təklifini irəli sürüb:

“Əgər dini qurumlarla iş üzrə dövlət komitəsi bununla bağlı bəyanat versə, bütün qəbirlər sökülüb standart formaya salınarsa, insanlar da bununla razılaşar. İslama və ictimaii bərabərliyə zidd bu cür addımlardan qurtulmaq lazımdır. Bilirsiniz, bunu nə vaxtsa edəcəyik, yaxşı olar ki, indi başlayaq”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Harry Potter” sevgisi 580 milyonluq layihənin marşrutunu dəyişdirdi

“Harry Potter” sevgisi 580 milyonluq layihənin marşrutunu dəyişdirdi

Bu bürcləri böyük yeniliklər gözləyir

Bu bürcləri böyük yeniliklər gözləyir

"Google" CV-lərin yoxlanılmasında süni intellektdən imtina edərək ənənəvi üsula qayıtdı

"Google" CV-lərin yoxlanılmasında süni intellektdən imtina edərək ənənəvi üsula qayıtdı

"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın

"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri GƏTİRİLDİ

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri GƏTİRİLDİ

Aşıq Telli Borçalı sənətdən gedib?

Aşıq Telli Borçalı sənətdən gedib?

XİN-dən gənclərə təbrik – FOTO

XİN-dən gənclərə təbrik – FOTO

Prezidentdən Naxçıvanla bağlı ŞAD XƏBƏR - VİDEO

Prezidentdən Naxçıvanla bağlı ŞAD XƏBƏR - VİDEO

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas seçimi başladı

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas seçimi başladı

DYP-dən uşaqlarla bağlı MÜRACİƏT

DYP-dən uşaqlarla bağlı MÜRACİƏT

Naxçıvan dəmir yolu şəbəkəsi yenidən qurulur – FOTO/VİDEO

Naxçıvan dəmir yolu şəbəkəsi yenidən qurulur – FOTO/VİDEO

Bu gün Beynəlxalq Gənclər Günüdür

Bu gün Beynəlxalq Gənclər Günüdür

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO

Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO

Prezident: “Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik” – VİDEO

Prezident: “Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik” – VİDEO

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO - VİDEO

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO - VİDEO

İlham Əliyevdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

İlham Əliyevdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

71 yaşında evləndi

71 yaşında evləndi

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Tramp: “İrana etibar etmirəm”

Tramp: “İrana etibar etmirəm”

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

End of content

No more pages to load

RADİO