İlham Əliyev Roma Papasını təbrik etdi

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir

“Zati-müqəddəsləri, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçmişdir.

2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi.
Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram.

2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı münasibətlərimizin tarixində əlamətdar hadisələrdən biri olmuşdur. 2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə – Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir.

Bütün bunlar dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığımızın və birgə səylərimizin təzahürüdür.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığı xüsusi vurğulamaq istərdim.

Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük işlər görülmüşdür. Fondun reallaşdırdığı bu layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiq edir.
Zati-müqəddəsləri, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfəniz var. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq bundan sonra da sivilizasiyalar və dinlərarası dialoqun, dünyada tolerantlığın təşviqinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Harry Potter” sevgisi 580 milyonluq layihənin marşrutunu dəyişdirdi

“Harry Potter” sevgisi 580 milyonluq layihənin marşrutunu dəyişdirdi

Bu bürcləri böyük yeniliklər gözləyir

Bu bürcləri böyük yeniliklər gözləyir

"Google" CV-lərin yoxlanılmasında süni intellektdən imtina edərək ənənəvi üsula qayıtdı

"Google" CV-lərin yoxlanılmasında süni intellektdən imtina edərək ənənəvi üsula qayıtdı

"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın

"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri GƏTİRİLDİ

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri GƏTİRİLDİ

Aşıq Telli Borçalı sənətdən gedib?

Aşıq Telli Borçalı sənətdən gedib?

XİN-dən gənclərə təbrik – FOTO

XİN-dən gənclərə təbrik – FOTO

Prezidentdən Naxçıvanla bağlı ŞAD XƏBƏR - VİDEO

Prezidentdən Naxçıvanla bağlı ŞAD XƏBƏR - VİDEO

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas seçimi başladı

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas seçimi başladı

DYP-dən uşaqlarla bağlı MÜRACİƏT

DYP-dən uşaqlarla bağlı MÜRACİƏT

Naxçıvan dəmir yolu şəbəkəsi yenidən qurulur – FOTO/VİDEO

Naxçıvan dəmir yolu şəbəkəsi yenidən qurulur – FOTO/VİDEO

Bu gün Beynəlxalq Gənclər Günüdür

Bu gün Beynəlxalq Gənclər Günüdür

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO

Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO

Prezident: “Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik” – VİDEO

Prezident: “Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik” – VİDEO

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO - VİDEO

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO - VİDEO

İlham Əliyevdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

İlham Əliyevdən Naxçıvanın nəqliyyat potensialı ilə bağlı AÇIQLAMA – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Bu məşhur kərə yağı marketlərdən yığışdırılır

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı YENİLİK

71 yaşında evləndi

71 yaşında evləndi

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Qoltuqaltı tər qoxusundan xilas olmağın sadə üsulu

Tramp: “İrana etibar etmirəm”

Tramp: “İrana etibar etmirəm”

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

İranın beş gün ərzində ABŞ-a vurduğu inanılmaz zərər

End of content

No more pages to load

RADİO