ABŞ prezidenti Co Bayden bazar günü Yaponiyaya rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NHK telekanalı yayıb.
Mənbə yazır ki, Amerika liderinin təyyarəsi Tokio prefekturasındakı Yokota hərbi bazasına enib. Bazada Baydeni Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və Amerikanın Tokiodakı səfiri Ram Emanuel qarşılayıb.
Bundan sonra Bayden onu Yaponiya paytaxtındakı otelə çatdıracaq hərbi helikopterə minib.
Mayın 23-də ABŞ prezidenti Yaponiya imperatoru Naruhito ilə görüşəcək və baş nazir Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacaq.
Çərşənbə axşamı Tokioda QUAD liderlərin sammiti (Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqu) keçiriləcək.
Yaponiyaya gəlməzdən əvvəl Bayden Cənubi Koreyaya səfər edib və burada ölkənin yeni prezidenti Yun Sok-Yellə görüşüb.
Bizim.Media