Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.
Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.
Xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.
İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Bizim.Media