“Turan Tovuz”u yeni mövsümdən çalışdıracaq baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, komandanı Yunis Hüseynov çalışdıracaq. Bu məlumatı saytımıza açıqlamasında 57 yaşlı mütəxəssisin özü təsdiqləyib. O, yeni vəzifədə Əfqan Talıbovu əvəzləyəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl "Turan Tovuz"un növbəti mövsüm Premyer Liqada çıxış edəcəyi rəsmiləşib.
Bizim.Media
